Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.
 
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd həmin tapançaya məxsus sandıqça, 1 ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif kalibrli patron aşkar edilərək götürülüb.
 
Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Baxış sayı: 8748 | Tarix: 23.05.2023
Bizi Telegramda izləyin: @repostaz