Xəbər verdiyimiz kimi, mayın 28-də 1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub.
 
Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
 
Hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb. Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb.
 
Ancaq üç nəfərin ölümünə səbəb olan qəzadan sonra isə yoldakı işıqlandırma bərpa olunub. Bunu əks etdirən görüntüləri radio aparıcısı DJ Tural özünün feysbuk hesabında paylaşıb.

Baxış sayı: 9223 | Tarix: 31.05.2023
Bizi Telegramda izləyin: @repostaz