Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
 
Bu barədə RePost.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
 
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
 
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

Baxış sayı: 7418 | Tarix: 26.07.2023
Bizi Telegramda izləyin: @repostaz