Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzdən narazıdır.
T.M. adlı şəxs iddia edib ki, mərkəzdə və başqa klinikada verdiyi qan analizinin nəticələri fərqli olub:
"Mərkəzdə qohumum üçün qan vermək istədim. Mənə həkimlər bildirirdilər ki, qanımda hepatit B çıxıb və analiz verə bilmərəm. Düzü, buna çox təəccübləndim. Çünki hər altı aydan bir müayinə olunuram və bu cavaba inanmadım. Başqa xəstəxanada analiz verdim. Cavab neqativ oldu".
Oxu.az, məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) dəfələrlə sorğu ünvanlasa da, hələ heç bir cavab verilməyib.