Rusiya və Ukrayna arasında müharibədə sülhə dair ümidverici bir mənzərə yoxdur.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
 
Qeyd edək ki, Ərdoğan Soçidən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
Ərdoğan Türkiyənin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyinin bəlli olduğunu söyləyib: “İlk gündən sülhü, dialoqu və diplomatiyanı dəstəklədik, daha çox qan tökülməməsinin qarşısını almaq üçün ciddi cəhdlər etdik. Təəssüf ki, müharibə il yarımdır davam edir. Üfüqdə sülhə dair ümidverici bir mənzərə yoxdur. Türkiyə olaraq, dünən olduğu kimi, bu gün də müharibənin qalibi, sülhün məğlubu olmaz dedik, tərəflər istədiyində üzərimizə düşəni etməyə hazır olduğumuzu bir daha diqqətə çatdırdıq.
 
Əsir mübadiləsi, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələlərdə olduğu kimi yardımçı rolumuzu davam etdirəcəyik. İstəyimiz iki qonşumuza və bölgəyə zərər verən müharibənin beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhlə bitməsidir”.

Baxış sayı: 12814 | Tarix: 05.09.2023
Bizi Telegramda izləyin: @repostaz