Sentyabrın 6-da nazir Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
 
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.
 
Görüşdə həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.
 
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

Baxış sayı: 6145 | Tarix: 06.09.2023
Bizi Telegramda izləyin: @repostaz