Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügesən yolda çalışan “Howo” markalı yük maşını  tank əleyhinə minaya düşüb. 
 
Nəticədə agentliyin 2 əməkaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. 
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!

Baxış sayı: 5594 | Tarix: 19.09.2023
Bizi Telegramda izləyin: @repostaz