Sentyabrın 27-də Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.
 
Sonda general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
 
Şəhid ailələrinin üzvləri xiyabanda aparılan yenidənqurma, abadlıq işləri, o cümlədən ziyarətçilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Şəhid məzarlarına hörmət və ehtiramla qulluq göstərildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Baxış sayı: 5328 | Tarix: 27.09.2023
Bizi Telegramda izləyin: @repostaz