Sentyabrın 19-20-də Qarabağda keçirilən antiteror tədbirləri zamanı yaralanan DİN-in Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.
 
RePost.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Ə.Muradov müharibə vaxtı azad edilən yaşayış məntəqələrindən birində piano ifa etməsi ilə məşhurlaşmışdı.
 
Qeyd edək ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
 
Ə.Muradov 44 günlük Vətən müharibəsindən sonra "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdi.
 
Həmin videonu təqdim edirik:

Baxış sayı: 19122 | Tarix: 06.10.2023
Bizi Telegramda izləyin: @repostaz