Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.
RePost.Az xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi çöküb.
Hadisə nəticəsində 23 nəfərin xəsarət alıb. Onlardan bir nəfər - 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızı aldığı xəsarətlərdən xəstəxanada keçinib.