Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində bir nəfər öldürülüb, bir nəfər isə yaralanıb.
RePost.Az-ın məlumatına görə, hadisə namus üstündə baş verib. Belə ki, kənd sakini narkotik maddə aludəçisi olan Yaşar Cəfərov 6 ay əvvəl həmkəndlisi Y.X-nin həyat yoldaşını qaçırıb. Qadın qaçırılarkən onun üstündə bankdan götürülmüş 30 min lari kredit olub. Bu müddət ərzində müxtəlif yerlərdə gizlənən cütlük pul qurtardıqdan sonra kəndə qayıdıblar və Y.Cəfərov müxətlif məclislərdə narkotik maddənin təsiri altında Y.X-nin ünvanına təhqiramiz ifadələr işlədib.
Şahidlərin dediyinə gprə, hadisə zamanı evdə Yşar Cəfər, anası və qaçırdığı qadın - Y.X-nin həyat yoldaşı olub. İnsident zamanı bir neçə güllə yarası alan Yaşar Cəfərov hadisə yerində keçinib. Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.