Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
 
Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Baxış sayı: 3390 | Tarix: 06.12.2023
Bizi Telegramda izləyin: @repostaz