Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyaya külli miqdarda partlayıcı maddənin keçirilməsinin qarşısını alıb.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb. Bildirilib ki, Ukrayna vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilərkən hərbi təyinatlı, ümumi çəkisi 14 kiloqram plastik partlayıcı maddə C-4, həmçinin 6 ədəd detonator aşkarlanıb.
 
İstintaq nəticəsində yükün bu ilin 19 yanvarında Ukraynanın Odessa şəhərindən yola düşdüyü, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçərək “Sarp” gömrük-keçidi məntəqəsindən Gürcüstana daxil olduğu, buradan isə “Dəryal” keçidi ilə Rusiyanın Voronej şəhərində aparılmasının planlaşdırıldığı müəyyən edilib.
 
 
Gürcüstan DTX-nın apardığı əməliyyat istintaq tədbirləri nəticəsində partlayıcı vasitələrin Gürcüstana gətirilməsində iştirak etmiş 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı müəyyənləşdirilib.

Baxış sayı: 10743 | Tarix: 05.02.2024
Bizi Telegramda izləyin: @repostaz