Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.
Məlumatı DİN-in Mətbuat xidmətindən RePost.Az-a təsdiqləyiblər.
Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindəndir.