Bu gün Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir.
 
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı deyib.
 
Deputat bildirib ki, bu çənlər təmizlənir, təmizlənmir, bilinmir: “Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”.

Baxış sayı: 8919 | Tarix: 28.02.2024
Bizi Telegramda izləyin: @repostaz