Bakıda özəl klinkada 57 yaşlı qadının ölüm faktı araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Bahar xanım Almaniyada mühacirətdə olan jurnalist Fərahim Qasımovun anasıdır. O, sosial şəbəkədə anasının klinikada həkim səhlənkarlığından vəfat etdiyini qeyd edib.