Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
RePost.Az Azpost.info-ya istinadən bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər.
 
3 gün öncə xəstəxanaya aparılan Şahin Tağıyevin hazırda vziyyəti stabildir və xəstəxanada müalicə alır.
 
“İlk gün vəziyyəti kritik ağır olan Şahin Tağıyev həyatdadır. Ümid edirik ki, o yaxın gələcəkdə tamamilə sağalıb öz evinə dönəcək”.
 
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şahin Tağıyev “Qurtuluş” batalyonunun komandiri olub.
 
Döyüşlərədə şücaətinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 1992-ci ildə Milli Qəhrəman adı verilib.
 
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.
 
2001-ci ildən İsveçdə mühacirətdə yaşayır.
 

Baxış sayı: 5043 | Tarix: 18.04.2024
Bizi Telegramda izləyin: @repostaz