“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu olub.
 
RePost.Az xəbər verir ki, Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.
 
Toyda  500 nəfər iştirak edib. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub.
 
Mərasimdə Murad Boz, Hadisə  və bir sıra məşhur ulduzlar çıxış edib.
 
Dəbdəbəli toy mərasimindən bəzi fotoları təqdim edirik.


Baxış sayı: 6411 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz