Beta ritm - adi gümrahlıq halı

İnsan üçün beta ritm gümrahlıq vəziyyətinə uyğundur. Bu dalğa bir saniyə ərzində 15-40 arası tezliklə hərəkət edir. Beta ritm halında məntiqə cavabdeh olan sol beyin yarım kürəsi aktiv olaraq işləyir. Əgər beyin aktivliyinin dalğa tezliyi iyirmiyə qədərdirsə, bu halda insan özünü tam rahat hiss edir. Beləliklə, insan tam sakit olduğu üçün dəqiq və aydın düşünə bilir, eyni zamanda diqqətlidir. Onun üçün də düzgün və düşünülmüş qərarlar verə bilir. Əgər beynin elektromaqnit dalğalarının sayı 20-dən artıqdırsa, insan həyəcanlanır, narahatlıq və stress keçirməyə başlayır. Fikirlər beyində başlı-başına hərəkət edir və diqqəti toplamaq çətinləşir. Bu halda düzgün qərarlar vermək olmur. Ürək çırpınır, tənəffüs tezləşir. 40-a yaxınlaşdıqda isə beyin tormozlanır və özünü idarə demək olar ki, itir, artıq insan bir yerdə otura bilmir. Belə həyəcan vəziyyətində düşünülmüş addımlar atmaq qeyri-mümkündür. Beta dalğalarının sayı nə qədər artıqdırsa, şüur bir o qədər effektsiz işləyir və təbii ki, nəticə olaraq bütün orqanizm bundan zərər görür. Bildiyimiz kimi, stress, ələlxüsus da həyəcan orqanizm üçün ciddi travmalar yaradır.

Teta ritm- yuxuya dalmaq

Yuxuya getdikdən həmən sonra beyin dalğalarının aktivliyi azalır və bir saniyədə 4-8 arası intensivliklə vurmağa başlayır. Bu halda, şüurun aktivliyi azaldığı üçün şüur altı daha aktiv fəaliyyət göstərir. Gün ərzində bizim beta ritmdə qavraya bilmədiklərimiz yuxu vasitəsi ilə açıqlanır. Bəzi insanlar meditasiya halında eyni vəziyyəti yaşaya bilirlər. Gümrahlıq anında ağlımıza gələn fikirlər yaxud anlaya bilmədiyimiz hisslər məhz teta ritmdə qavradıqlarımızdır. Teta ritmdə şüur dincəlir, şüuraltı isə aktiv işləyir. Sol beyin yarımkürəsinin dincəldiyi, sağ beyin yarımkürəsinin isə aktiv olduğu teta ritmdə şüuraltı bizim üçün qapalı qalan informasiyaları bizə açsa da, sol yarımkürənin deaktiv olması nəticəsində anlaya bilmirik.

 

 Delta ritm - dərin yuxu və şüursuzluq vəziyyəti

 

Delta dalğalarının tezliyi kəskin aşağıdır, bir saniyəlik dövriyyədə 2-4-dək. Bu hal dərin yuxu ya da şüursuzluq vəziyyətində baş verir. Delta ritmlər orqanizmin özünün bərpası və xəstəlik zamanı sağalması üçün vacibdir. Bu vəziyyətdəki insan şüuraltının ən dərin qatları ilə əlaqədə olur. Bəzi tədqiqatçılar bu qərara gəliblər ki, bu əlaqə nəticəsində insan telepatik olaraq həyatda tanımadığı insanlarla əlaqə yarada bilər. Lakin bu əlaqəni idarə etmək gümrahlıq anında mümkün deyil.

 

Alfa ritm- yaradıcı potensialı sərbəst buraxmaq


Alfa dalğaların tezliyi bir saniyəlik dövriyyə ərzində 8-15 arası intervalla baş verir. Bu, adi gümrahlıq vəziyyətindən artıq, yuxudan isə aşağıdır. Saniyə ərzindəki dalğa tezliyi 8-15 olduğu zaman şüur hələ də aktiv olsa da, bununla yanaşı həm də rahatlıq və sakitlik mərhələsi başlayır. Bu vəziyyətdə düzgün düşünmək və gümrahlıq vaxtı cavab tapa bilmədiyimiz sualların cavabını asanlıqla tapmaq olur. Saniyə ərzindəki dövriyyədəki dalğa tezliyi 8-10-a endiyində tam rahatlıq və sakitlik dövriyyəsi başlayır. Bu artıq yarım yuxulu vəziyyətdir. Bundan əlavə alfa ritm beyindəki qarışıq fikirlər axınını sakitləşdirərək qaydaya qoyur. Stress, narahatlıq, lazımsız fikirlər və beyindəki qarışıqlıqdan doğan səs-küy sakitləşir. Bu rahatlığın nəticəsində sol beyin yarımkürəsi yükdən azad olduğu üçün onun sərf etdiyi enerji artıq sağ yarımkürənin işləməsi üçün sərf olunur. Nəticədə sol yarımkürə aktivliyini saxlasa da, artıq dominant rol oynamır və hər iki yarımkürə qarşılıqlı olaraq eyni səviyyədə işləyir. Yükdən sərbəst olan sağ yarımkürə axır ki, öz imkanlarını istifadə etməyə başlayır və təxəyyülün qapısını bizim üçün açır. Beləliklə biz obrazlı düşünə bildiyimiz üçün, həyatımıza istiqamət verəcək güclü bir alətə sahib oluruq. Həyatımızda istədiyimiz hər nə varsa, istər maddi gəlir, istərsə də sağlamlıq və ugurlar, fərqi yoxdur, onların hər biri istək, məqsəd şəklində təqdim olunmalıdır. Əslində, arzularımız düşüncə yox, obrazlı və emosional şəkildə formalaşdırılmalıdır. Məhz, alfa ritmin sayəsində biz öz həyatımızı proqramlaşdıra bilirik. Zərərli vərdişlərdən azad olmaq, yoxsulluqdan qurtararaq firavan həyata başlamaq və sağlam yaşamaq üçün bu prosesi özbaşınalıqdan azad edərək şüurlu şəkildə həyata keçirmək uğurun əsas elementidir. Alfa ritmin digər üstünlüyü  intuisiyanın qapısını bizim üzümüzə açmağıdır. Bu halda, insan şüur altındakı gizli məlumatlar mənbəyinə daxil olur. Bizi narahat edən sualların cavablarını burada asanlıqla tapa bilərik. Çünki şüur altı, şüurdan qat-qat artıq məlumata sahibdir. Alfa ritmin digər ritmlərdən ən vacib üstünlüyü orqanizm üçün sağaldıcı xüsusiyyətə malik olmasıdır. Alfa ritm beynin mükəmməl, sağlam və yaradıcı, digər tərəfdən dahilik vəziyyətidir. Yadda saxlamaq lazımdır ki, hər insanın içində bir dahi mürgüləyir, sadəcə onu oyatmaq lazımdır.

Çingiz Babayev

Birinci yazı bu linkdə
 


Baxış sayı: 6753 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz