Seçkilərə qədər İranın prezidenti səlahiyətlərini ölkənin vitse-prezidenti Məhəmməd Möhbər,  xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın vəzifələrini isə müavini Əli Baqeri icra edəcək.
 
Bu barədə ölkənin İRİB telekanalı məlumat yayıb. Məlumata əsasən, bununla bağlı Nazirlər Kabineti qərar çıxarıb.
 
Qeyd edək ki, İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da qəzaya uğrayıb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.
 
 

Baxış sayı: 12187 | Tarix: 20.05.2024
Bizi Telegramda izləyin: @repostaz