Jurnalist Sərxan Kamallı vəfat edib.
 
Bu barədə TƏBİB-dən məlumat verilib.
 
"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib", - məlumatda deyilir.
 
Qeyd edək ki, Sərxan Kamallı insult keçirərək komaya düşmüşdü.

Baxış sayı: 8444 | Tarix: 17.06.2024
Bizi Telegramda izləyin: @repostaz