Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
 
Sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.
 
Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub.
Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

Baxış sayı: 4948 | Tarix: 17.06.2024
Bizi Telegramda izləyin: @repostaz