Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının İclası keçirilir.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
 
Xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxış edib.
 
Nazir çıxışında adı çəkilən quruma üzv ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-logistika, eləcə də ekologiya sahələrində əməkdaşlığın vacibliyindən danışıb. C. Bayramov eyni zamanda iştirakçıları postmünaqişə dövründə regionda baş verən hadisələr, Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən bərpa işləri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi barədə məlumatlandırıb.

Baxış sayı: 4036 | Tarix: 06.07.2024
Bizi Telegramda izləyin: @repostaz