Bakıda 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.
 
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
 
Məlumata görə, bu gün paytaxtın Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
 
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib

Baxış sayı: 7665 | Tarix: 26.07.2024
Bizi Telegramda izləyin: @repostaz