Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
 
APA-nın “mk.ru” istinadən xəbərinə görə, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.
 
Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
 
Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.

Baxış sayı: 12396 | Tarix: 29.07.2024
Bizi Telegramda izləyin: @repostaz