Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir keçirilib.
 
Bu haqda DİN -nin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
 
Təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.
 
Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Baxış sayı: 7627 | Tarix: 14.08.2024
Bizi Telegramda izləyin: @repostaz