Jurnalist İlham Cəmiloğlu (Xudiyev) vəfat edib.
 
Jurnalist bu gecə dünyasını dəyişib.
 
Yaxınlarının bildirdiyinə görə, ölümə qəfil ürəktutması səbəb olub.
 
İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunun rabitə qoşunlarında həqiqi hərbi xidmət keçib.
 
Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
 
İlham Cəmiloğlu uzun illər media sahəsində çalışıb.
 
Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranıdır.
 
1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib.
 
Doqquz kitab müəllifidir.
 
Son vaxtlar bir neçə media orqanı ilə əməkdaşlıq edirdi.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 8919 | Tarix: 20.08.2024
Bizi Telegramda izləyin: @repostaz