Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 1-ci Toplantısı keçirilib.
 
APA xəbər verir ki, bu barədə Türkiyə XİN Ali Yerlikaya “X” platformasındakı paylaşımında bildirib.
 
Məlumatda bildirilir ki, Toplantıda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov və Özbəkistan Respublikasının daxili işlər naziri Pulat Bobojonov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev iştirak edib.

Baxış sayı: 4169 | Tarix: 06.09.2024
Bizi Telegramda izləyin: @repostaz