Bakıda orta məktəbdə qazanxanada partlayış olub.
 
Hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.
 
İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
 
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
 
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.
 
Hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 27 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 

Baxış sayı: 6202 | Tarix: 01.10.2024
Bizi Telegramda izləyin: @repostaz