Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər edib.
 
Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Baxış sayı: 4093 | Tarix: 07.10.2024
Bizi Telegramda izləyin: @repostaz