Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Cərrahiyyə əməliyyatı olunan zərərçəkmişin bir ayağı amputasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 4891 | Tarix: 14.10.2024
Bizi Telegramda izləyin: @repostaz