Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında imzalanmış 3 saziş təsdiqlənib.
 
Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunlar imzalayıb.
 
Bunlar 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”idir.

Baxış sayı: 4549 | Tarix: 25.10.2024
Bizi Telegramda izləyin: @repostaz