Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
 
Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
 
O bildirib ki, onlardan 7026-sı (69,5%) kişi, 3082-si (30,5%) qadınlardır.
 
Direktorun sözlərinə görə digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır:
 
"Belə ki, Respublika Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanması strategiyası UNAİDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir".

Baxış sayı: 3447 | Tarix: 29.11.2024
Bizi Telegramda izləyin: @repostaz