Sosial mediada, Yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.
 
Hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb.
 
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
 
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Baxış sayı: 426 | Tarix: 22.01.2025
Bizi Telegramda izləyin: @repostaz