Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib. 
 
"Unikal"ın əldə etdiyi məlumata görə, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.  
 
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.  
 
Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tam olmamış anası - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.  
 
Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.

Baxış sayı: 350 | Tarix: 22.01.2025
Bizi Telegramda izləyin: @repostaz