Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb.
Hər iki tərəfdən verilən yeni açıqlamalara görə, müqavilənin imzalanmasına maneə olan faktorlar aşağıdakılardır:
● Azərbaycan tərəfi düşünür ki, sənədi imzalamaq üçün əvvəlcə Ermənistan Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk Qrupunun ləğvi üçün müraciət etməlidir. Sənəd yalnız bundan sonra imzalanacaq.
● Ermənistan tərəfi düşünür ki, razılaşdırılmış bəndlər indi imzalanmalıdır və bu imzalanmadan sonra Ermənistan Azərbaycanla birgə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün müraciət edəcək.
● Eyni zamanda Ermənistan tərəfi Konstitusiya dəyişikliyini müzakirə etsə də, bunun yaxın zamanlarda baş tutmayacağı bildirilir. Erməni politoloqlar Paşinyan hökumətinin 2026-cı il Parlament seçkilərindən sonra Konstitusiya dəyişikliyinə gedəcəyini bildirirlər.