“Kimin artıq arvadı varsa evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”.
 
RePost.Az a24.az-a istinadən xəbər verir ki, bunu Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən deyib. 
 
O qeyd edib ki,  keçmişdə 3 arvadı olana tapşırılıb ki,  artıq arvadlarını kiməsə versin. Kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.
 
Qeyd edək ki, Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur. Bu axund isə İranda dini təhsil alıb və  islam dininə aidiyyatı olmayan çıxışlarla əhli-beyti başqa istiqamətə yönləndirir.
 
RePost.Az
 

Copy SHARE LINK TO THIS PLAYER:


Baxış sayı: 5100 | Tarix: 29.04.2017
Bizi Telegramda izləyin: @repostaz