ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun bu günkü buraxılışında daha bir gözlənilməz hadisə baş verib.
RePost.Az xəbər verir ki, şounun ən güclü və qalmaqallı iştirakçılarından biri Kənan Mahmudov əlini maşından çəkdi. O şounun əvvəlində dediyi fikirklərin əksinə bu dəfə maşını Aqil M.Quliyevin aparmasını istəyib. Qeyd edək kiI bundan öncə o maşını İslamın aparmasını, daha sonar isə maşını udub Hüseyn Dəryanın oğluna bağışlayacağını demişdi.
Xatırladaq ki, SMS səsverməsinə çıxarılan rejissor Aqil M.Quliyev şouda qalacağı təqdirdə Kənanı oyundan uzaqlaşdıracağını demişdi.
60,91 faiz tamaşaçı Aqil M.Quliyevin qalmasını istəyib. O, Kənan əlini maşından çəkdiyinə görə, heç kəsi çıxarmayıb.
RePost.Az