Binyamin Netanyahunun Azərbaycan səfəri İsrail üçün xüsusi strateji əhəmiyyət kəsb edir. 

RePost.Az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahunun Bakıs səfərini şərh edən Mossad rəhbəri Yosi Koen deyib. Onun sözlərinə görə, səfər zamanı Azərbaycan və İsrail təhlükəsizlik əməkdaşları terrorçuluqla, dini ekstremizmlə mübarizə və çevriliş təşəbbüslərinin qarşısının alınması sahəsində əməkdaşlıq məsələsinə dair saziş imzalayacaqlar. “Bununla əlaqədar Mossadın bir neçə təcrübəli zabiti Bakıda fəaliyyətə başlayacaq.  Bakı ilə Tel-Əviv arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri ilə əlaqədar birgə müşavirələr keçiriləcək”, - Koen əlavə edib.

Yosi Koen qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın təhlükəsizliyini gücləndirəcək, onu xarici təhdidlərdən qoruyacaq. Bu, hər iki tərəfin xeyrinə olacaq və iki ölkənin regionda təhlükəsizliyinə xidmət edəcək.

RePost.Az


Baxış sayı: 3561 | Tarix: 13.12.2016
Bizi Telegramda izləyin: @repostaz