Türkiyənin tanınmış "Yeşilçam" aktyoru Fikret Hakan dünyasını dəyişib.
RePost.Az yerli mətbuata istinadən xəbər verir ki, bir müddətdir ağ ciyər xərçəngi səbəbindən müalicə edilən aktyor 83 yaşında xəstəxanada ölüb.
Həqiqi adı Bumin Qaffar Çıtanak olan aktyor 1934-cü ildə Balıkesir vilayətində dünyaya gəlib.
Bir müddət jurnalistlik fəaliyyəti ilə məşğul olan F. Hakan, ilk dəfə 1950-ci ildə "Üç göyərçin" operasında rol oynayaraq aktyorluq karyerasına başlayıb. 1953-cü ildə isə ilk dəfə "Köprüaltı çocukları" filmində çəkilərək özünü kinoda da sınayıb.
1964-cü ildə çəkildiyi "Keşanlı Ali destanı" filmi isə ona həm mükafat qazandırıb, həm də şöhrətin qapılarını açıb.
Aktyor, məşhur rejissor Peter Collinsonun çəkdiyi "Legioner" filmində polkovnik Əhməd Elçi rolunda çəkilərək özünü "Hollivud" kinematoqrafiyasında da sınayıb.
Həyatı boyu 160-dan çox filmdə çəkilən Fikrət Hakan "Antalya" film festivalında 3 dəfə "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülüb.
Allah rəhmət eləsin.