Türkiyədə iş adamının yaxtasındakı görüntülərə görə evlilik verilişindən qovulan azərbaycanlı Naz həmin verilişin aparıcısı Zuhal Topala cavab verib.

RePost.Az-ın məlumatına görə, İnstagram səhifəsində canlı yayıma çıxan Naz aparıcıya cavabında deyib ki, onun verilişdən qovulması zərrə qədər də vecinə deyil.

"Proqramdan qovulmağıma gəlincə, o veriliş olmayacaq başqası olacaq. Mənim üçün hər yer açıqdır. Verilişdə 2 saat boş-boş vaxt keçirincə, gedib gəmidə vaxt keçirərəm. İstəyərəm gəmidə, istəyərəm qayıqda, istəyərəm taksidə gəzərəm. Sabah helikopterlə gəzəcəm. Sizin üçün şəkil də paylaşacam. Mənim kimi gözəl qadına təbii ki, helikopter yaraşar", - deyə Naz bildirib.

Xatırladaq ki, bir neçə gün Naz türkiyəli milyonçu Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənib. Bundan sonra evlilik verilişinin aparıcısı Zuhal Topal Nazı verilişdən qovmaqla onu cəzalandırıb.

RePost.Az


Baxış sayı: 4283 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz