Space telekanalının simalarından olan Günel Həsənzadənin iş yerini dəyişməyinin bəzi detalları məlum olub.
RePost.Az ölkə.az-a istinadən xəbər verir ki, son zamanlar bu telekanalda işçilərin əmək haqlarının verilməsiylə bağlı problem yaranıbmış və Həsənzadə də bu səbəbdən ARB-dən gələn təklifi dəyərləndirib.
Həmçinin qeyd edilir ki, telekanal rəhbəri Vaqif Mustafayevlə teleaparıcının münasibətləri hələ bir neçə il öncədən soyuyubmuş. Belə ki, təxminən 3 il öncə Kəmalə Xəlilovanın telekanalda rəhbər postlardan birinə təyin edilməsindən sonra Günel Həsənzadə iş yerindən ayrılmağı düşünsə də, son anda onu fikrindən daşındıra bilmişdilər.
Xatırladaq ki, G.Həsənzadə Space-də bir sıra verilişlərin aparıcısı olub. O, bu telekanalda daha çox “Banu” verilişinin aparıcısı kimi tanınırdı.
RePost.Az