Taleh Məmmədov adlı sərnişinin
RePost.Az-a verdiyi məlumata görə, ərazidə 38 dərəcə isti olduğundan sərnişinlər üçün avtobusun nasazlığının aradan qaldırılmasını gözləmək o qədər də asan olmayıb. Bunu görən 99-YP-868 dövlət nömrə nişanlı avtomobili idarə edən DYP əməkdaşı öz hesabına yaxınlıqdakı mağazadan sərin su alaraq sərnişinlər arasında paylayıb.