ANS TV-nin iki sabiq əməkdaşı, iki tanınan sima Facebook-da bir-birlərini aşağılayıb.
Hazırda ABŞ-ın Filadelfiya ştatında yaşayan Aynur Talıbova sabiq həmkarını, əməkdar jurnalist Ləman Ələşrəfqızını "bədbəxt", "mətbuatın yengəsi" adlandırıb:
"Mən o adamla 4 il əvvəl dəhlizdə, "newsroom"da işləmişəm və heç salamlaşmamışam. Görüntü etibarı ilə hər yerindən bədbəxtlik yağır. O, heç cürə düzəldə bilmədiyi qüsurlu nitqi də imkan verməyib ki, bu özəllikdə olan insanları qəbul edim. Hər şeyin həddi var. Amma həyasızlığın və axmaqlığın yoxdur. Dediyim odur ki, nəzərdə tutduğunuz beyin sahibləri olduqları vizyon dəyərlərindən yola çıxırlar. Fərqində olan isə ümumiyyətlə əlinə qələm almır".
Milli.az xəbər verir ki, L.Ələşrəfqızının cavabı çox sərt olub.
O, Facebook profilində A.Talıbovaya belə cavab verib:
"ANS-də işləyəndə biri vardı. İçirdi, lül-qəmbər olurdu, sonra da bağışlayın məni, ərəblər bizim şəhərin küçələrini sulayan kimi, o da gedib rayonlarda bank divarlarını-filanı isladırdı. Kişi olsaydı, deyərdin cəhənnəm, bu yaramaz zənən idi. Qovurdular qayıdırdı, qayıdırdı bir də qovurdular.. İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı Danabaş adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur. "Azərbaycanda Ləman qələmi formalaşıb" - deyir, məni mətbuatın yengəsi adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neyləyəydim? Səninlə rumka-rumkaya vurardım?
P.S. Onun və onunkimilərin barəmdə yazdıqlarını like edənlər özləri dostluğumdan çıxsın. Adlarını çəkmirəm. Rədd olun. Sifətsizlərə dostluğumda yer yoxdur".
Tanınmış jurnalist Aygün Muradxanlı da olaya münasibətini yazıb:
"Ləman, o gün başından böyük qələt elədi, yarı böldüm tulladım o yana. Xəbərimiz yox imiş, sən demə bu Azərbaycanda millətin dərdindən yazmaqdan zəlil günə düşübmüş. Adam "möhtəşəm" karyerası boyu 1 cümlə də vətəndaşlıq mövqeyini ortaya qoyan yazı yazmayıb, okeanı keçib, olub qəhrəman. Ay hay.. Mənim yadımda o, fırtıqlı burnunu təndirlərə soxub "deyəsən bişdi" tipli "şedevrlər"lərlə qalıb. Adam nə qədər qurdlu, xıltlı olarmış. Mutsuzdu sadəcə... Günah da özündə. Bu qədər iyrənc xasiyyətlə insan necə mutlu ola bilər?"