Bu gündən ödənişsiz "Wi-Fi"-dan artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də yararlanmaq mümkündür.


Repost.Az trend-ə istinadən xəbər verir ki,  bununla əlaqədar işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.


Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.


Baxış sayı: 2155 | Tarix: 01.08.2017
Bizi Telegramda izləyin: @repostaz