Amerikada yaşayan azərbaycanlı tanınmış alim Lütfi Zadə vəsiyyət edib. RePost.Az AzərTac-a istinadən xəbər verir ki, o, vəsiyyətində Azərbaycanda dəfn edilmək istədiyini yazıb.
 
Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi ailənin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edilib.
 
Professor Şahnaz Şahbazova  məktubda onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitablarının professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 10.08.2017
Bizi Telegramda izləyin: @repostaz