Bakıda ucuz məktəbli yarmarkaları açılır – ÜNVANLAR (VİDEO)
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır.
RePost.Az-ın məlumatına görə, Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov Xəzər TV-yə bildirib ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər.
Məktəbli yarmarkaları metronun 28 may stansiyasından başqa Elmlər Akademiyası, "İnşaatçılar”, Nəriman Nərimanov "Koroğlu” və "Neftçilər” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlar qurulacaq.
Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.