“Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken Çempionlar liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan sonra təəssüratları ilə bölüşüb.
RePost.Az xəbər verir ki, oyundan sonrakı mətbuat konfransında danimarkalı mütəxəssis deyib: “Son 30 dəqiqə xoşuma gəlmədi. Mən “Qarabağ”dan belə oyun gözləyirdim. İlk 60 dəqiqə ərzində bərabər oyun getdi. Sonradan isə “Qarabağ” daha güclü idi. Rəqibin yaxşı imkanları var idi. Nəticə bizim üçün yaxşı olmasa da, belə məğlubiyyətlə də oynamaq olar.
Mən aqressiv deyildim. “Qarabağ” cütlüyün favoritinə çevrildi. Əgər onlar Danimarkada bir qol vursalar, şansları xeyli çox olacaq. Lakin əgər biz vursaq, şanslar bərabərləşəcək.
Hiss olunurdu ki, Bakı ilk dəfə pley-off mərhələsini qəbul edir. Stadiondakı tamaşaçıların “Qarabağ”ın qələbəsində öz payı var”.
RePost.Az