Təhsil Naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.
 
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazirin 233 saylı əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb. Birləşmə nəticəsində kütləvi ixtisarların aparılması gözlənilir. Bu gün bir sıra müəssisələrdə müəssisə rəhbərləri iclas keçirərək nazirin müvafiq əmrini işçilərin diqqətinə çatdırıb və onlara könüllü şəkildə işdən çıxmaları ilə bağlı ərizə yazdırıblar.
 
Ləğv olunan müəssisələrdən birindən saytımıza daxil olan məlumata görə, işçilərin bəziləri işdən çıxarılma haqqında ərizə yazmaq istəmədiklərini, çünki yeni yaradılan müəssisədə bir sıra ştat yerlərinin ləğv olunması səbəbindən işsiz qalacaqlarını düşünüblər. Lakin müəssisə rəhbəri onlara ərizə yazmayan şəxslərin xüsusi qərarla birdəfəlik işdən cıxarılması barədə nazirlikdən tapşırıq aldıqlarını bildirib.
 
RePost.Az

Baxış sayı: 3846 | Tarix: 15.09.2017
Bizi Telegramda izləyin: @repostaz