Dünən Bakı metrosunda insident baş verib. Məlumata görə, sərnişinlərdən biri maşinisti təhqir edib.

RePost.Az bildirir ki, “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiq edib.

“Hadisə metronun “28 May”stansiyasında baş verib. Bir qadın qapıların bağlandığı elan ediləndən sonra qatardan düşmək istəyib. Bu zaman da qapılar bağlanıb, qolu qapının arasında qalıb. “Nizami”stansiyasında qadın qatardan enərək maşinisti söyüb, qışqışıb, təhqir edib. Maşinist isə sadəcə “Sağ ol!” deyib. Onlar arasında başqa bir mübahisə yaşanmayıb”-deyə, N.Paşayev əlavə edib.


Baxış sayı: 3656 | Tarix: 18.09.2017
Bizi Telegramda izləyin: @repostaz